PDF Oxu

Siyasət

  • 1 050

Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

image

Ədliyyə naziri Fərid Əhmədov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Ədliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.F.Əhmədov öz çıxışında müsabiqə qaliblərini təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb. Qeyd edib ki, "Yüksəliş" müsabiqəsi dövlət idarəçiliyində istedadlı və peşəkar kadrların aşkarlanması baxımından mühüm rol oynayır. Görüşdə qaliblərin qazandığı bilik ilə bacarıqların ölkənin davamlı inkışafı üçün vacib amil olduğu vurğulanıb və qarşıda duran vəzifələr müzakirə olunub.Qaliblər də öz növbələrində müsabiqə haqqında təəssüratlarını bölüşüb, onlara yaradılan imkanlara görə minnətdarlıqlarını ifadə ediblər. Onlar müsabiqənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından yeni perspektivlər açdığını dilə gətiriblər.Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müsabiqə qalibləri bir sıra vacib mövzularda öz təkliflərini irəli sürüblər.“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.Prezident İlham Əliyev sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı ötən il dekabrın 18-də müvafiq sərəncam imzalayıb.

Digər xəbərlər