PDF Oxu

Siyasət

  • 889

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

image

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 14 yanvar tarixli iclas protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən də daim geniş və səmərəli istifadə edilib.

Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi əhatə olunmaqla, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasını qərara alıb. Komissiyanın qərarında veb-kameraların quraşdırılması üçün zəruri olan fəaliyyətin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısının dərc edilməsi də nəzərdə tutulub.

İclasda, eləcə də qarşıdan gələn bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə seçkilərin yekunlarının müəyyən olunması məsələsi müzakirə edilib. Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu cür bələdiyyələr üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirilib.

Media subyektləri nümayəndələrinin də bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.

Digər xəbərlər