PDF Oxu

Siyasət

  • 1 056

Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir

image

Gürcüstan və Azərbaycan arasında artıq uzun illərdir ki, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı müttəfiqlik əlaqələri mövcuddur. Bu əlaqələrin təməlində xalqlarımız arasında yüz illərdən bəri mövcud olan mehriban qonşuluq və qardaşlıq münasibətləri durur.Yanvarın 17-də Bakıda mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətlərinin önəmini qeyd etmiş və çox qədim tarixə malik olan bu münasibətlərin müasir dövrümüzdə artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışlar.

Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyədə olan iqtisadi əməkdaşlıq, eləcə də bu çərçivədə uğurlu regional münasibətlərin getdikcə möhkəmlənməsi və irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. İki ölkənin iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində birgə əməkdaşlığı son illərdə diamik inkişaf edib. Azərbaycan hazırda Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq ilk beşlikdə yer alıb. Bu dost dövlətlər Orta Dəhliz, Cənub-Qərb və digər beynəlxalq tranzit marşrutlarının inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əlaqələr nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. Azərbaycan və Gürcüstan birgə layihələrdə yer almaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayırlar. Bu faktorlar dövlətlər arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu gün beynəlxalq aləmdə formalaşan geosiyasi vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır. Dövlətləri energetika sahəsində ənənəvi istiqamətlərdən başqa, “Yaşıl enerji dəhlizi” layihəsi də birləşdirir.
Azərbaycan-Gürcüstan münasibətləri sadəcə iki dövlət üçün yox, ümumiyyətlə region üçün əhəmiyyətlidir. Bu münasibətlər Qafqazı sülh məkanına çevrilməsində mühüm rol oynayır. Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub. Baş nazir İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər