Azərbaycanda yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb. SİA-nın məlumatına görə, proses yanvarın 23-də yekunlaşacaq.Daha sonra bülletenlər məntəqə seçki komissiyalarına paylanılacaq.Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.