PDF Oxu

Siyasət

  • 1 011

Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

image

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar qərb bölgəsində maarifləndirici treninqlər davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, 105 saylı Tovuz-Gədəbəy, 106 saylı Tovuz, 107 saylı Tovuz-Qazax-Ağstafa, 108 saylı Ağstafa, 109 saylı Qazax seçki dairələrində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Gün ərzində iki dəfə keçirilən təlimlərdə iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.Təlimlərdə 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə 53 seçki məntəqəsindən 106 nəfərin, 106 saylı Tovuz seçki dairəsi üzrə 41 məntəqədən 205 nəfərin, 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə 53 seçki məntəqəsindən 318 nəfərin, 108 saylı Ağstafa seçki dairəsi üzrə 47 məntəqədən 282 nəfərin, 109 saylı Qazax seçki dairəsi üzrə 38 seçki məntəqəsindən 228 nəfərin iştirakı nəzərdə tutulub.Qeyd edək ki, 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi ərazisində 8 bələdiyyə üzrə 179 nəfər namizəd qeydə alınıb, seçici sayı ümumilikdə 51 min 951 nəfərdir. 106 saylı Tovuz seçki dairəsi üzrə isə seçici sayı 47 min 640-dır, 8 bələdiyyəyə 92 yerlə bağlı 174 namizəd qeydə alınıb. 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ərazisində 11 bələdiyyə üzrə 246 namizəd var, seçicilərin ümumi sayı 49 min 787 nəfərdir. 108 saylı Ağstafa seçki dairəsi üzrə seçici sayı 47 min 15 nəfər, 10 bələdiyyə üzrə namizəd sayı isə 239-dur. 109 saylı Qazax seçki dairəsinin ərazisində seçicilərin sayı 45 min 808 nəfər təşkil edir, 8 bələdiyyə üzrə 184 nəfər namizəd qeydə alınıb.

Digər xəbərlər