PDF Oxu

Siyasət

  • 361

Xocavənddə məktəbin 3-cü sinfinə şəhidin adı verildi FOTOLAR

image

2 yanvar 2025-ci il tarixdə Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin 3-cü sinfinə Vətən müharibəsi Şəhidi, Şuşa Fatehi Tağıyev Elzamin Eyvaz oğlunun adının verilməsi tədbiri keçirilib. Şagirdlər üçün Yapon səfirliyi tərəfindən tikilən yeni binada təşkil olunan tədbirdə Şəhid Tağıyev Elzaminin valideyinləri – Eyvaz Tağıyev və Məlahət Tağıyeva, bacısı – Elnaz Aslanova, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsi Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev, şəhidin yaxın qohumları və məktəb rəhbərliyi iştirak etmişdir. Tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutu ilə başlamış daha sonra Şəhid Elzamin haqqında hazırlanmış qısa videoçarx təqdim olunmuşdur. Sinif rəhbəri Elnurə Məmmədhəsənova və Uşaq Birliyi Təşkilatı rəhbəri Ləman Cəfərova çıxış edərək Vətən müharibəsi haqqında məlumat vermiş, Şuşa Fatehi Şəhid Tağıyev Elzaminin döyüş yolu haqqında danışmışlar. Məktəbin direktoru Ülfət Nəsirov çıxış edərək bu ənənənin mahiyyətini və vacibliyini dilə gətirərək şagirdlərə vətənpərvərlik hissini aşılamaq, Şəhidlərimizi daim yad etmək hər bir azərbaycanlının ən ümdə vəzifəsi olduğunu bildirmişdir.

YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov və Qarabağ Regional Gənclər və İdman İdarəsi Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev tədbir barədə öz fikir və hislərini dilə gətirərək şagirdlərə öz tövsiyələrini bildirmişlər.

Şəhid Elzaminin adını daşıyan sinifin şagirdləri tərəfindən hazırlanan "Elimizin zəfər zamini-Elzamin!" adlı qısa səhnəcik təqdim olunmuşdur. Yekunda Şəhidin valideyinləri çıxış edərək öz hislərini şagirdlərlə və məktəb kollektivi ilə bölüşərək bu təşəbbüsü yüksək qiymətləndirdiklərini bildirərək həmin sinifə Şəhid Elzaminin şəkillərindən ibarət xatirə fotosu hədiyyə verilmişdir.

Digər xəbərlər