PDF Oxu

Siyasət

  • 1 102

Sahibə Qafarova Belarus səfiri Andrey Ravkovu qəbul edib

image

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib. SİA xəbər verir ki, görüşdə Andrey Ravkovun səfir kimi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli fəaliyyəti qeyd olunub.Söhbət zamanı Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq prinsiplərinə söykəndiyi ifadə edilərək, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və geniş siyasi təmasların münasibətlərin inkişafına töhfələri vurğulanıb.O cümlədən, ölkələrimizin beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyəti qeyd olunub.Görüşdə parlamentlərimiz arasında münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil etdiyi, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd olunub.Səfir Andrey Ravkov diqqətə və ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə dəstəyə görə təşəkkür edərək, ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Digər xəbərlər