İkinci Fəxri xiyabanda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi olmuş şəhid Əsgərov Orxan Rizvan oğlununşəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki,Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əsgərov Orxan Rizvan oğlu şəhadətindən sonra "Vətən uğrunda"medalı ilə təltif edilib.
Şəhid Orxan Əsgərov 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində baş vermiş terror hadisəsi nəticəsində şəhid olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Prezident İlham Əliyev müşavirədə çıxış edib