PDF Oxu

Siyasət

  • 794

Şəhidin doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı

image

28.01.2025-ci il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Novoivanovka kənd sakini Əliyev Məmməd Cahangir oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Digər xəbərlər