Lənkəran sakinləri bələdiyyə seçkilərində fəallıq göstərirlər.Şəhər sakinləri səhər saatlarından etibarən mütəşəkkilliklə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasının sədri İqbal Rəcəbov bildirib ki, dairə üzrə səsvermənin gedişini 453 nəfər yerli müşahidəçi izləyir.77 saylı Lənkəran şəhər seçki dairəsində 41 seçki məntəqəsi üzrə ümumilikdə 47,869 seçici qeydə alınıb. Səsvermə prosesi Seçki Məcəlləsinə tam uyğun şəkildə təşkil edilib. Səsvermənin azad və demokratik şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.Hazırda səsvermə prosesi yerli müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol verilmədən davam edir.