26 saylı Sabunçu birinci seçki dairəsinin 30 saylı seçki məntəqəsində ümumilikdə 1469 seçici qeydə alınıb. Günün indiki saatlarına olan məlumata əsasən, onlardan təxminən 10 faizi seçki hüququndan istifadə edərək səs verib.Bu sözləri 26 saylı Sabunçu birinci seçki dairəsinin 30 saylı məntəqəsinin sədri Aygün Əzizova söyləyib.O qeyd edib ki, seçki məntəqəsi üzrə 34 namizəd mübarizə aparır və onların arasından 17 nəfər seçilməlidir. “Səsvermə prosesi seçki qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir, məntəqədə seçicilərin rahat və şəffaf səsverməsi üçün bütün zəruri şərait yaradılıb”.A.Əzizova bildirib ki, seçicilər fəallıq göstərməyə davam edirlər və günün sonuna qədər onların sayında əhəmiyyətli artım gözlənilir. Qeyd edib ki, səsvermə prosesinin gedişini müşahidəçilər izləyir, bələdiyyə seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün bütün tədbirlər görülür.