Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb. SİA xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib.Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur: “Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub”.Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK tərəfindən izlənilir: “Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır”.