PDF Oxu

Siyasət

  • 610

Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

image

Bu gün ölkəmizdə Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və gənclərə diqqət və qayğı prioritet istiqamətlərdən birini təşkil edir.

İlk öncə qeyd etmək istərdim ki, bugünki Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulmuşdur. Bu təməl prinsipinin banisi isə Ümummilli Liderimiz Heydər Əliyevdir.

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

“Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir” fikirlərini söyləyən Ulu öndər 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu. 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətin gənclər forumu Azərbaycanın tarixinə Gənclər Günü kimi yazıldı. Beləliklə 1997-ci ildən Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini daha da təkmilləşdirdi. Belə ki, Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident cənab İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Bu gün bizim qəhrəman gənclərimiz dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmişdilər və onlar gələcək nəsillərimizə bir örnəkdirlər.

Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizi beynəlxalq müstəvidə də layiqincə təmsil etməkdədir.

Mansur QULİYEV

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər