PDF Oxu

Siyasət

  • 427

Uğurlu gənclər siyasəti - ŞƏRH

image

Azərbaycanda dövlət gənclər siyasətinin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə qoyulmuşdur. Ulu öndərin 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratması gənc nəslin mütəşəkkil formada yetişdirilməsi məqsədi daşıyırdı. 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Keçirilən forum dövlət siyasətində gənclərə diqqət, qayğının daha da artırılmasına, gənclərlə işin canlanmasına əhəmiyyətli dərəcədə təsir etdi. Ümummilli lider 2 fevral 1997-ci ildə imzaladığı sərəncama əsasən Azərbaycanda Gənclər Günü təsdiq olunmuşdur. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə nə qədər dəyər verdiyini, nə qədər diqqət və qayğı göstərdiyinin daha bir nümunəsi idi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verir.

2003-cü ildə cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Ulu öndər Heydər Əliyev deyirdi “ Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Həqiqətən də bu gün yetişən gənclər müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, lazım gəldikdə bu yolda canlarını da verməyə hazır olduqlarını nümayiş ertdirirlər.

Məhz 27 sentyabr 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsi zamanı gənclərimiz böyük qəhramanlıq, fədakarlıq nümayiş etdirərək vətəni nə qədər sevdiklərini, düşündüklərini göstərdilər.

Prezident İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Ölkə başçısının “Bütün nəsillərdən olan vətəndaşlarımızın 44 günlük Vətən müharibəsində əldə edilən Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, gənclər haqqında söylədiyi bu fikirlər onlara verdiyi dəyərin bariz nümunəsidir.

Bu gün ölkəmizdə gənclər üçün yeni imkanlar yaradılır, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən nə lazımdırsa edilir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər