Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. SİA-nın məlumatına görə, F.Şəfiyev çıxışında Fransa ilə hazırda faktiki olaraq böhran yaşandığını bildirib. Onun sözlərinə görə, bu böhrana səbəb Fransanın özü olsa da, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq davam edir.O, münasibətlərin gərginləşməsində Fransadakı erməni amilinin böyük rol oynadığını vurğulayıb və bunun təşəbbüskarının Azərbaycan olmadığını diqqətə çatdırıb.Bununla yanaşı, F.Şəfiyev qeyd edib ki, Azərbaycanda Fransanın mədəniyyəti və dilinə qarşı normal münasibət mövcuddur.