Bu gün qürurla demək olar ki, gənclərimiz elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Gənclərimiz milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrimizin dünyada tanıdılmasında səy və bacarıqlarını təsdiqləyir, qəhrəmanlığın, vətənpərvərliyin təbliğ olunmasında böyük işlər aparır və cəmiyyətin inkişafı istiqamətində ciddi addımlar atırlar.
Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin formalaşmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. "Ulu Öndərin potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Gənclərimizə böyük ümidlər bəsləyən Ümummilli Liderimiz həmişə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün əsas amal ölkəmizin formalaşan gənclər ordusunu gələcəyə aparmaqdır. Şübhəsiz, bu belə də olacaq. Çünki Azərbaycan gəncliyi dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sabah yeni uğurlar qazanmağa daha yaxındır.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini