Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.O xatırladıb ki, bu il Azərbaycanda "Konstitusiya və Suverenlik ili"dir və məhz buna görə də Amnistiya Aktına ehtiyac var.“Hesab edirəm ki, parlament də təşəbbüs göstərib 28 May Respublika Gününə qədər Amnistiya Aktını hazırlayıb təqdim edə bilər. Belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Azərbaycanın suverenliyi uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, hazırda həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir”.