PDF Oxu

Siyasət

  • 981

"Bu mövqe Azərbaycanı təəccübləndirmir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Human Right Watch" uzun illərdir ki, Azərbaycana qarşı qərəzli, ermənipərəst mövqedən çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.O bildirib ki, bu mövqe Azərbaycanı təəccübləndirmir: "Ona görə də, düşünürəm ki, "Human Right Watch"ın bugünkü mövqeyi də ənənəvi mövqeyidir və bunun davamıdır. Bu təşkilat çoxdan insan hüquqlarını müdafiə edən təşkilat statusunu itirib. Xüsusilə, Azərbaycana münasibətdə nə qədər qərəzli olduğu da 30 illik işğal dövründə, əldə etdiyimiz tarixi Zəfərdən sonra insan hüquqlarının bərpası məsələsində öz mövqeyini bildirib.Biz düşünürdük ki, bu təşkilat 44 günlük Vətən müharibəsindən sonra bir milyona yaxın məcburi köçkünün öz tarixi torpaqlarına qayıtması haqqında bəyanat verib və bunu alqışlayacaq ki, bu insanların öz tarixi torpaqlarında yaşamaq hüququ bərpa olunsun. Ancaq bunun tam əksini gördük. Bu, "Human Right Watch"ın heç bir hesabatında, bəyannaməsində öz əksini tapmadı. Tam əksinə, yenə Azərbaycana qərəzli mövqe nümayiş etdirdi. Ona görə də, bugünkü mövqeyi də Avropa Şurası və İnsan hüquqları kontekstində səsləndirdiyi fikirlər də hüquqi, siyasi riyakarlıqdan başqa bir şey deyil. Bu, Azərbaycanı elə də maraqlandırmır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər