PDF Oxu

Siyasət

  • 881

"Dəyərsiz qətnamələr, saxta hesabatlar nifrət doğurur" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

image

“Azərbaycan AŞPA-nı tərk edib və bu heç bir narahatlıq doğurmur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb edib ki, uzun illər anti-Azərbaycan mövqeyindən çıxış edən, təcavüzkar Ermənistanın yanında olduğunu açıq-aydın bildirən bir parlamentdə olmaq faydasızdır.“Torpaqlarımızın işğal altında olduğu, soydaşlarımızın ağır bəlalara düçar edildiyi, şəhər və kəndlərimizin xarabazarlığa çevrildiyi, dinc sakinlərimizin qətlə yetirildiyi 30 il ərzində, eləcə də müharibə zamanı Gəncəyə, Bərdəyə, Tərtərə və digər rayonlarımıza raketlər yağdırıldığı, yüzlərlə mülki əhali qətlə yetirildiyi, yaralandığı bir vaxtda AŞPA bir dəfə də olsun Azərbaycanın haqq səsini eşitmədi, hadisələrə münasibət bildirmədi, təcavüzkara dayan demədi. Əksinə, ermənipərəst parlament üzvləri faşistlərə, insan qatillərinə dəstək verdilər, Azərbaycan haqqında qərəzli qətnamələr qəbul etdilər, dövlətimizin əleyhinə məkrli fikirlər söylədilər. AŞPA bu gün də öz çirkin ənənəsinə sadiqdir və düşmən mövqeyindən çəkinmir, hər vasitə ilə dövlətimizin inkişafına, uğurlarımıza kölgə salmağa çalışır. Fransa kimi təcavüzkar dövlətin, Makron kimi avanturistin, Human Rights Watsh kimi saxta hesabatlar hazırlayan riyakar bir təşkilatın əlində oyuncağa çevrilən Avropa Parlamenti əleyhimizə qəbul etdiyi yersiz qətnamələrlə bizi yox, əslində, özünü gözdən salır, hörmətini bir daha itirir. Ona görə ki, qəbul etdiyi qətnamələr heç bir əsaslı fakta arxalanmır, qərəzlidir, böhtandır.Qurama Qarabağ Respublikasının cinayətkar rəhbərlərinin, əlləri azərbaycanlıların qanına batmış, kütləvi qətllərin səbəbkarlarının, terroristlərin, cinayətkarların azadlığa buraxılması barədə AŞPA-da səsləndirilən fikirlər, qəbul olunan qərarlar tək Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı bir xəyanətdir. Vicdanını itirənlər, insan taleyinə biganə olanlar, xalqların dərdinə acımayanlar bunu bacararlar və Avropa Parlamentinin bir çox üzvlərinin fəaliyyəti göstərir ki, onlar həqiqətən insan qatilləri ilə şərikdirlər, onların puluna, varına arxalanırlar və hər an beynəlxalq hüquq normalarını, haqqı-ədaləti ayaqlar altına atmağa hazırdırlar. Azərbaycan, eləcə də qonşu Gürcüstana qarşı münasibətdə bu aydın görünür. Gürcüstanın AŞPA-nı tərk etməsi bir daha sübut etdi ki, bu parlament şər, böhtan yuvasıdır, sülhə, əminamanlığa, xalqların xoşbəxtliyinə deyil, müharibələrin alovlandırılmasına, münaqişələrin kəskinləşməsinə, insanların bədbəxtliyinə, ölkələrin dağılmasına xidmət edir. Buna görə də AŞPA-nın qəbul etdiyi qətnamələrin heç bir dəyəri yoxdur və Azərbaycan bu qətnamələri gərəksiz kağız parçası hesab edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər