PDF Oxu

Siyasət

  • 1 001

"Paşinyan daha adekvat addımlar atmalıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

image

"Ermənistan normal ölkə deyil. Rəsmi İrəvanın bütün fəaliyyət və missiyası regionda gərginlik yaratmaq, provokasiyaları artırmaqdır. Bu isə Azərbaycandan daha çox Ermənistanın özünə problem yaradır" Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, Ermənistanın qarşısına Azərbaycan dəqiq və aydın xətt qoyub. "Sülh müqaviləsinin imzalanması. Bu müqavilə Ermənistanı düşdüyü ağır iqtisadi və siyasi bataqlıqdan çıxmasına səbəb ola bilər.

Çünki, Azərbaycanla sülh birmənalı olaraq Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərinin açılması deməkdir. Ermənistan bütün bu situasiyaları və reallıqları dəyərləndirmək gücündə olan bir ölkə deyil. Ermənistandakı faşizm ölkə hakimiyyəti tərəfindən də qarşısı alınmayan bir prosesə çevrilib.Nikol Paşinyan və Ararat Mirzoyanın mətbuata verdiyi sonuncu müsahibədə açıq-aydın görmək olur ki, Ermənistan tərəfinin reallıq hissi tamamilə yox olub. Qarşıda Ermənistan üçün tək bir yol var. O, da qalib tərəf kimi öz torpaqlarını işğaldan azad edən Azərbaycanın sülh çağırışlarına cavab verməkdir. Cənab Prezident İlham Əliyev yerli mətbuata verdiyi müsahibədə vurğuladı ki, "Sülh bizdən çox Ermənistana lazımdır". Bəli, Ermənistanın əlində heç bir şans qalmayıb. Ya Azərbaycanın Sülh müqaviləsindəki təkliflərini qəbul edəcək, ya da ümumiyyətlə çıxılmaz vəziyyətdə qalacaq. Seçim şansı Ermənistanındır. Xaricdəki havadarları tərəfindən silahlanıb, Azərbaycan əleyhinə provokasiyanın icraçısı olmaqdan artıq vaz keçməlidir. Paşinyan seçkilərdə uğurlu nəticə qazanmaq istəyirsə daha adekvat addımlar atmalıdır. Əks halda gələn il onun üçün çətin olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər