PDF Oxu

Siyasət

  • 597

Gənclərin seçimi Yeni Azərbaycan Partiyasıdır - ŞƏRH

image

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatına partiyaya üzv olmaq üçün müraciət edən Əhmədova Elina Edik qızı Qusar rayonu Hil kəndində anadan olmuşdur.Professor Kərim Kərimov adına Hil kənd tam orta məktəbini fərqlənmə atesstatı ilə bitirmişdir.Məktəbi əla qiymətlərlə bitirən,ictimai tapşırıqlarda fəal olan,bir çox olimpiadaların qalibi Elinanın arzusu hüquqşünas olmaq və bu yolda məktəbin rekordunu təzələyərək 600 -dən yuxarı bal toplamaq olub.Arzusuna çatan Elina 613 bal toplayaraq hüquqşünaslıq ixtisasını qazanıb.Seçimi isə yenicə açılmış Qarabağ universiteti olub.İlk olaraq yazdığı ali məktəb də məhz bu universitet olub.Seçimi onun yüksək vətənpərvırlik hisslərindən xəbər verir.Qeyd edək ki,rayonumuzdan daha 4 gəncimiz Qarabağ universitetində tələbə adını qazanmışdır .
20 sentyabr 2024-cü ildə Elina həyatının unudulmaz günlərindən birini yaşayıb.Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yüksək bal toplayan tələbələri ilə görüşündəno da iştirak edib.Prezident İlham Əliyevin çıxışı Elinanı gələcək işlərində daha fəal olmağa ruhlandırıb.Məqsədi də Qarabağın dirçəlməsində iştirak etməkdir.Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyən Elina Prezident,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətini dəstəkləyərək öz siyasi mövqeyini ifadə edib. YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilovla səmimi həmsöhbət olan gəncimizin gələcəyinə ümidimiz sonsuzdur. Biz də ona tutduğu yolda uğurlar arzu edirik.

Digər xəbərlər