"Növbəti tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.Onun sözlərinə görə, şagird davranış qaydaları 329 məktəbdə iki tədris ili pilot olaraq tətbiq edilir: "Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geri dönüşlər əldə edilib.Keçən il məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb".Nazir bildirib ki, bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbirinin həyata keçirilməsi nəzərdə tutulub.