PDF Oxu

Siyasət

  • 1 027

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

image

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 520.7-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 26-na təyin edilmiş iclasında baxılacaq.

Digər xəbərlər