PDF Oxu

Siyasət

  • 1 204

Qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib

image

Keçən il qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4 min 337 müraciətdən 3 min 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır.Məruzədə vurğulanıb ki, ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 2 min 668 aktdan 1416-sı (53,1%) ləğv edilib, 1133-ü (42,5%) dəyişdirilib, 9 (0.3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.

Digər xəbərlər