PDF Oxu

Siyasət

  • 429

Qətiyyətli Lider

image

Məlumdur ki, Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi ilk müsahibə deyildi. Dövlət başçısı bundan əvvəl də həmin telekanala müsahibə vermişdi və həmin müsahibə də indiki kimi geniş auditoriya tərəfindən diqqətlə izlənilmişdir. Çin kimi böyük auditoriyaya malik və dünyanın ayrı-ayrı yerlərində də izlənilən CGTN kanalına müsahibə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin ayrı-ayrı məsələlərlə bağlı mövqeyinin bəyanı baxımından olduqca əhəmiyyətlidir.

Yeri gəlmişkən, qeyd edək ki, cənab Prezident müsahibəsində İkinci Qarabağ savaşı, ərazilərimizin 30 ildən artıq işğal altında qalmasına beynəlxalq birliyin susqunluğu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin icra edilməməsi ilə bağlı ətraflı məlumat verdi. Ölkə başçısı çoxqütblü dünyada ölkəmizin güclü və özünü təmin edə bilən iqtisadiyyat qurduğunu, regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirdiyini və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğumuzu vurğuladı. Xüsusi olaraq qeyd etdi ki, indiyə qədərki fəaliyyətimizdə hər zaman milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və milli maraqların müdafiəsi hər zaman prioritet olub.

Cənab Prezident müsahibədə imperialist keçmişi olan ölkələrin bu gün də eyni siyasəti davam etdirməsinə də toxundu və açıq şəkildə bəyan etdi ki, hər bir ölkə başqalarının işlərinə müdaxilə etməkdənsə diqqəti öz gündəminə yönəltməlidir. Ayrı-ayrı imperialist güclərin başqalarının işlərinə müdaxiləsinə son qoyularsa o zaman münaqişələr, narazılıqlar, müharibələr də olmaz. Təəssüf ki, imperialist keçmişə malik ölkələr hələ də öz fəaliyyətlərini başqalarına nəyisə diktə etmək üzərində qururlar ki, bu da nəticədə dünyada qeyri-sabit vəziyyətin yaranmasına və qan tökülməsinə səbəb olur. Prezidentin qeyd etdiyi kimi, əgər kiminsə hansısa dövlətin üzərində dominantlıq etmək istəyi varsa, bu, təbii olaraq müqavimətə gətirib çıxarır. Bu illər ərzində Azərbaycan olaraq biz güclü iqtisadiyyat qurmaqla, milli ideologiyamızı kənar təsirlərdən qorumaqla özümüzü ayrı-ayrı güclərin daxili işlərimizə müdaxiləsindən qoruya bilmişik.

Fəxri Hüseynov,

YAP Göygöl rayon təşkilatı üzrə Cümşüdlü kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər