Məlum olduğu kimi Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu) hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarının iştirak etdiyi toplantıdır. Əlbəttə ki, bu toplantıda irəli sürülən yeni fikirlər, təkliflər dünya iqtisadiyyatına yeni istiqamətlər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün cari ilin yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gəlib. Dövlətimizin başçısı həin tarixdə Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibə fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Çinin televiziya kanalına müsahibə verib. Azərbaycan və Çin arasında iqtisadi, siyasi, mədəni, humanitar və demək olar ki, digər önəmli sahələr üzrə qurulan əlaqələr dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Hələ ötən il iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.
Cənab Prezident öz müsahibəsi zamanı aydın və məzmunlu çıxışı ilə bu məsələlərə, eləcə də bir sıra tarixi faktlara toxunmuşdur. Xüsusilə cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?, sualına- “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq”, cavabının verilməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursuna sadiq şəkildə həyata keçirdiyi güclü və bənzərsiz siyasət bu gün ölkəmizi demək olar ki, bütün sferalar üzrə inkişafın zirvəsində qərarlaşdırıb. Əlbəttə ki, dövlətin müstəqilliyini əldə etməkdən də çətin vəzifə məhz bu müstəqilliyi qorumaq,onu daimi və əbədi etməkdir. Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına(COP29) ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi.
Əldə olunan nailiyyətlər məhz Azərbaycan Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin apardığı müdrik xarici siyasətin bariz nümunəsidir. Azərbaycanın bütün dünya dövlətləri ilə xarici əlaqələri sülh və humanizm prinsiplərinə əsaslanır.
Hazırda qonşumuz olmağına baxmayaraq, məkirli siyasət aparan Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına arxalanmağa son qoyub, regiondakı yeni tarixi reallıqlarla barışmalı, dövrün tələblərini, beynəlxalq hüquq normalarını və Azərbaycanın ədalətli,konstruktiv mövqeyini qəbul edib, 17 maddədən ibarət olan sülh müqaviləsini imzalamalıdır. Bu, həqiqətən Ermənsitan dövləti və cəmiyyəti üçün də seçilmiş ən yaxşı yol olardı.
Müasir geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin Ermənistan siyasi rəhbərliyinə tarixi bir şans verərək, tarixi ədaləti könüllü olaraq qəbul etmələri üçün fürsət tanıması məhz dövlətimizin başçısının humanist mövqeyinin göstəricisidir. Əks təqdirdə, necə deyərlər, ədalət gec-tez yerini tapacaq.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri