PDF Oxu

Siyasət

  • 909

Elçin Əmirbəyov İsveçdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib

image

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib və bu görüşlərdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. Bu barədə SİA Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımına istinadən xəbər verir.Səfir qeyd edib ki, E.Əmirbəyov İsveçin xarici işlər üzrə dövlət katibi Daq Hartelius, Baş nazirin dəftərxanasının dövlət katibi Kristian Danielsson ilə görüşüb, SIPRI və SCEEUS araşdırma mərkəzlərində müzakirələr aparıb."Bu görüşlərdə Azərbaycanın İsveç və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri, Bakı və İrəvan arasında normallaşmanın hazırkı vəziyyəti və s. müzakirə olunub", - paylaşımda qeyd edilib.

Digər xəbərlər