PDF Oxu

Siyasət

  • 702

Qafqazın iqtisadi arxitekturası Azərbaycan tərəfindən qurulur ŞƏRH

image

“Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik.”- bu fikirlərlə Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Bu gün bütün uğurların zirvəsində respublikanın suverenliyinin bərpası durur. Azərbaycan Respublikasının tarixində yeni başlanğıc – yeni era başlayıb. Danılmaz faktdır ki, son 4 ildə Azərbaycan Respublikası böyük maliyyə sərf edərək 30 il istismar olunmuş əraziləri “yoxdan var etməyə” çalışmaqla yanaşı, Şərqlə yeni iqtisadi əlaqələr qurur, Qərbin qeyri-sabit atmosferinə sinə gərir.

Müsahibədə verilən “Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?” sualı ölkə başçımız Cənab İlham Əliyev tərəfindən elə cavablandırıldı ki, bütün qütblər öz payına düşəni anlayacaq. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi gündən hədəfi güclü iqtisadiyyat qurmaq olan, bu gün isə özünü təmin edən iqtisadiyyata malik, xarici borcunun səviyyəsini aşağı endirə bilən, regionda genişmiqyaslı layihələr həyata keçirən Cənubi Qafqaz və Xəzər regionunun etibarlı tərəfdaş dövlətidir. Etibarlı tərəfdaş kimi Azərbaycanın irimiqyaslı layihələri “Əsrin müqaviləsi”ndən başlamışdısa, hal-hazırda çoxşaxəli iqtisadi siyasət davamlılıq prinsipi ilə inkişaf edir.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi COP29-la bağlı məsələlərə toxunan ölkə başçımız çox mühüm mesajlar verdi. Belə ki, Azərbaycan Respublikası faydalı ideya və təkliflərlə Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq, kiçik ada dövlətlərinə dəstək göstərmək məqsədi daşıyıb. Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyyə yardımın ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitin inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb. Lakin Azərbaycan daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalandı. Bununla da Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacaq bu layihə Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.

Yekun etibarilə bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq, Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara, rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan Respublikası bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Azərbaycan göstərdi ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq lazımdır.

Leyla Hüseynova

YAP Yasamal rayon təşkilatının AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər