PDF Oxu

Siyasət

  • 2 446

Azərbaycan və Somali arasında yeni əməkdaşlıq imkanları açılır

Azərbaycan və Somali arasında yeni əməkdaşlıq imkanları açılır

Azərbaycan Afrikada müxtəlif sosial və iqtisadi çağırışlara dəstək göstərməklə qitənin inkişafına töhfə verir. Azərbaycan-Somali əlaqələri təkcə dövlətlərarası diplomatik münasibətlərlə məhdudlaşmır, həm də bir çox sahələrdə strateji əməkdaşlıq perspektivlərini ortaya qoyur. Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, “yaşıl enerji”, humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır və müvafiq texnologiyaların tətbiqi ilə bağlı uzunmüddətli planlar hazırlanır.Azərbaycan və Somali əməkdaşlığı diplomatik dialoq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.Somali ilə əlaqələrin inkişafı, Azərbaycan üçün müxtəlif imkanlar yaratmaqdadır. Bu əlaqələr həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni bazarlara çıxış imkanı yaradır. Azərbaycanın Somali ilə əməkdaşlıq etməsi, ticarət sahəsində birgə layihələrin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və hər iki ölkənin iqtisadiyyatının inkişafına təkan verəcəkdir. Somali Prezidenti Həsən Şeyx Mahmudun Azərbaycana səfəri, ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün əhəmiyyətli bir hadisədir. Prezident İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudla fevralın 12-də mətbuata bəyanatlarla çıxışı zamanı deyib ki, Somali Prezidenti Hasan Şeyx Mahmudla iki ölkə arasındakı sərmayə imkanlarını müzakirə ediblər. Somali Prezidentinin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır- Prezident vurğulayıb.

Prezident İlham Əliyev bu prosesin davam etməli olduğunu diqqətə çatdırıb: "Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik".

Afrika ölkələri Azərbaycana xüsusi simpatiya bəsləyir. Bunun əsas səbəbi Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır– deyə dövlətimizin başçısı vurğulayıb.

Beləliklə Somali ilə əlaqələrin genişlənməsi istiqamətində atılan gələcək addımlar Azərbaycanın digər ölkələrdə yaxşı münasibətlərinin qurulmasına səbəb olacaq.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər