PDF Oxu

Siyasət

  • 1 033

"Gələcək möhkəm əməkdaşlığın əsası qoyulur" - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

image

“Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu uğurla təmin etmək, müdafiə sənayemizi inkişaf etdirmək qarşıda duran başlıca vəzifədir və bu istiqamətdə həyata keçirilən tədbirlər əhəmiyyətlidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclidin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələlərə daim böyük önəm verir və dövlətimiz xarici ölkələrlə əməkdaşlıq sahəsində milli təhlükəsizliyimizi ön plana çəkir.“Bu günlərdə Azərbaycan ilə Somali arasında imzalanmış sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişin yer alması bunun əyanı nümunəsidir. Mətbuata bəyanatında dövlətimizin rəhbəri bildirmişdir ki, Somali Federativ Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin yaxşılaşdırılması önəmlidir və bu istiqamətdə bir sıra tədbirlər görülməkdədir. İnfrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində böyük potensiallar vardır. Müdafiə məsələsi isə ön sıradadır.Cənab İlham Əliyev demişdir ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlıqlarının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri ola bilər. Bu reallıqdır, çünki göstərildiyi kimi, Azərbaycan müdafiə avadanlıqlarının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialı yaradır. Qarabağ müharibəsindəki tarixi qələbə, hərbi qulluqçularımızın peşəkarlığı sahəsində düşmənin altı və yeddi müdafiə xəttinin, müxtəlif müdafiə istehkam infrastrukturlarının məhv edilməsi bunu deməyə əsas verir.Azərbaycan–Somali münasibətlərinin yaxşılaşması, əməkdaşlığın genişləndirilməsi hər iki ölkə və xalqlar üçün faydalıdır. Bunu bəyanatlarında dövlət rəhbərləri dəfələrlə səsləndirməklə, gələcək möhkəm dostluğun və əməkdaşlığın əsasını qoymuşlar”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər