PDF Oxu

Siyasət

  • 1 095

"Parlaq Zəfər Azərbaycanın regional və beynəlxalq siyasi çəkisini artırıb" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Aydın görünən budur ki, 2020-ci ilə qədər ölkəmizdə yalnız işğalı qoruyub saxlamaq, bizi regionda Dağlıq Qarabağ əsirliyində idarə etmək, iqtisadi sərvətlərimizə sahiblənmək üçün bir planlar, strategiyalar, ssenarilər quranlar son 4-5 ildə daha fərqli səbəbləri əldə əsas sayaraq dövlətimiz üzərinə bir neçə istiqamətli hücumları həyata keçirməkdədirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Zahid Oruc deyib.O bildirib ki, Qələbəmiz, Vətən müharibəsində əldə olunan parlaq Zəfər Azərbaycanın regional və beynəlxalq siyasi çəkisini artırıb: "Həmin dairələr düşünürlər ki, Azərbaycanın müəyyən ambisiyaları güclənəcək və o bölgənin arxitekturasını, geosiyasətini diktə edəcək, gələcək dünya bölüşdürülməsində aparıcı mövqe qazanacaq. Son iki əsrdə bizim həmişə taleyimizi həll ediblər. İndi isə dünyanı bölənlər, sanki Azərbaycanın subyekt kimi öz mənafelərini ortaya qoyduğunu görürlər. Ölkəmizin Liderinin müstəqil, qalib xalqın iradəsini necə qətiyyətlə ifadə etdiyilə üz-üzədirlər. Ona görə fərq etməz ki, Amerikanın keçmiş hakimiyyəti, Rusiyanın hərbi-siyasi dairələri o təsirləri və təzyiqləri edəndə eyni qətiyyətlə iradə ortaya qoyulur. Bu şəraitdə qələbəmizi əlimizdən ala bilmədilər, amma "ləkələsinlər, gözdən salsınlar ideyası ilə" dediyimiz Avropa Parlamentində davamlı olaraq ölkəmiz əleyhinə qərar və qətnamələr qəbul edirlər.Avropa Şurasında mandatımızın dayandırılmasına getdilər. Bu, bizi beynəlxalq-siyasi izolyasiyaya məruz qoymaq üçün idi. Həmin dövrdə paralel olaraq Amerika konqresinə Azərbaycana sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri işlənib hazırlandı. Hətta 907-ni təkrar dövriyyəyə qaytarmaq, o cümlədən Ermənistana real yardımları həyata keçirmək və bunu Avropa Sülh Fondunun əli ilə həyata keçirmək, Blinkeni Brüsseldə aprel ayındakı görüşlərdə Ermənistan rəhbərini ayrıca qəbul etməkləri, bu, öz-özünə hamısı ölkəmizə təzyiqin tərkib hissəsi idi. Bu sanksiyalar, təzyiqlər xətti nə qədər hökumət orqanlarını əhatə edir, onun paralelində USAİD və onun klon təşkilatları hörümçək toru kimi qlobal miqyasda Azərbaycanı müxtəlif platformalarda vurmağa çalışıb. Amma indi yeni hakimiyyət dönəmində bu illər ərzində qlobal böhranlara səbəb olan bu təşkilatın özünün iç üzü açılır və özü korrupsiya şəbəkələrinə dayanaraq necə rejim dəyişdirmə əməliyyatları, xaos yayma proseslərində iştirak etdikləri ortaya çıxır".Onun sözlərinə görə, üçüncü xətt medianın əli ilə Azərbaycana nüfuz itkiləri yaşatmaq xəttidir: "Yəni imicinə zərbə vurmaq, daimi olaraq Azərbaycan dövləti rəhbəri əleyhinə informasiya məkanında, xüsusilə Şərq aləmində qınamaq ictimai fikirdə nəticələr doğurur, yəni onun obrazına, dəyərlərinə, həyatına ləkə atılanda insanlar, təbii ki, bunu Qərbdəki kimi qiymətləndirmirlər. Şərqin öz dəyərlərini qorumağın üslubu haqlı olaraq sərtdir. Yalançı medianı ölkə rəhbəri haqlı olaraq yalançı dördlük adlandırır. Medianın burada fəaliyyətini biz görürük. Eyni zamanda Azərbaycandan gedən beyinlərinə və təfəkkürlərinə çip bağlanmış və hər bir xəyanətə hazır olan Osmanqızı və digər "terror mediası" üzərindən də daim ölkəmizə basqınlar, dezinformasiyalar edilir. Bütün bu fonda cənab Prezident haqlı olaraq bəyan edir ki, biz iradə göstərdik, tab gətirdik informasiya məkanımızı qorumağa, çalışırıq, bu istiqamətdə mühüm tədbirlər ələ alınmaqdadır. Belə zənn edirəm ki, artıq ən azı Ermənistan cəmiyyətində əminlik var ki, Azərbaycana qarşı bu təzyiqlər nə Qarabağın qaytarılmasına imkan açmayacaq, nə Ermənistanın güclənməsi və izolyasiyadan çıxmasını təmin etməyəcək, nə də o mühitdə Türkiyə ilə münasibətləri yaxşılaşmayacaq. Onun üçün Paşinyan müəyyən şəraitlərdə öz mövqeyini daha cəsarətlə ifadə etdiyi anlarda deyir ki, biz dövlət kimi ayaqda qalmaq istəyiriksə, iki dövlətlə münasibətimizi imperiyaların istəyi ilə yox, məhz Bakıda və Ankarada müəyyənləşdirilən qərarlar ilə qurmalıyıq. Bütün bu xarici təzyiqlər öz-özlüyündə dövlətimizin immunitetini artırmaqla, onu daim səfərbərlikdə saxlayır. Lakin hər zaman bilməliyik ki, ayrı-ayrı dövlətlər müharibədə yüz milyonlarla yardım alanlar kimi qlobal çapda xeyrimizə, lehimizə qərarlar verələr, Qarabağın bərpasında gəlib iştirak edələr. Azərbaycan insanının, guya, hüquqlarının pozulmasından bəhs etdikləri halda Kəlbəcərdən, Zəngilana bir köçkün evini tikməyənlər bu gün hansısa məhbusların siyasi adı ilə dövlət üzərinə hücum edirlər. Bu, bütövlükdə qələbəmizə görədir, onun nəticəsidir. Ancaq əminəm ki, cənab Prezidentin liderliyi ilə bu uğurlu kurs davam edəcəkdir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər