"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsindəki fikirləri tamamilə beynəlxalq hüquq normalarına uyğun bir davranışdır". Bunu SİA-ya politoloq Çingiz Göytürk deyib.O bildirib ki, Azərbaycan qurulduğu gündən beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağı özünə yol xəritəsi olaraq müəyyənləşdirib: "Lakin elə məsələlər var ki, onlar hər hansısa bir ölkənin daxili məsələləsi hesab oluna bilməz. O cümlədən demokratiya, insan haqqları, milli haqlar və s. bunlar hansısa ölkənin daxili məsələsi deyil. Bunlar beynəlxalq hüqq normalarında təsbit olunmuş məsələlərdir. Özəlliklə İran məsələsinə gəldikdə burada 30 milyondan artıq azərbaycan mənşəli soydaşlarımız bu ölkənin tərkibində yaşayır. Onların milli hüquqları, soyqırıma məruz qalmaları İranın daxili məsələsi hesab oluna bilməz. Cənab Prezident İlham Əliyev qonşu ölkələrin daxili məsələlərinə qarışmamaq deməklə bu məsələlərə işarət etmir. Bu beynəlxalq hüquq normalarına riayət edilmiş qayda da normal bir dövlətin davranışını necə olmasını izah etməyə çalışır. Prezident Türk Dövlətlər Təşkilatının Səmərqənd toplanışında açıq bir şəkildə bunu ifadə edib ki, biz Azərbaycanın hüdudlarında kənarda yaşamasından aslı olmayaraq onların öz dilində, mədəniyyətində, yaşamaları eyni zamanda inkişaf etdirmələri doğrultusunda öz köməyimizi edəcəyik".
Müəllif: Banuçiçək Hüseynli