PDF Oxu

Siyasət

  • 1 051

"USAİD, onun fəaliyyəti bir çox ölkələrdə qadağan olunub" - ŞƏRH EDİLDİ

image

"USAİD-in neqativ fəaliyyəti ilə bağlı kifayət qədər çox informasiya var". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O bildirib ki, indi də Amerika Birləşmiş Ştatları özü bu informasiyaları geniş beynəlxalq ictimaiyyət üçün açır: "Artıq görünür ki, USAİD əslində qeyri-qanuni işlərlə məşğul olurdu, digər ölkələrin daxili işlərinə, seçkilərə qarışırdı. Əsas məqsəd də ondan ibarət idi ki, müxtəlif ölkələrdə öz adamlarını hakimiyyətə gətirsinlər. Beləliklə həmin cəmiyyətləri və ölkələri idarə etsinlər. Təxminən belə bir sistem qoymuşdular. “Freedom House”, “Human Rights Watch”, Demokratiyanın İnkişafı Fondu və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq kimi təşkilatların son addımları bir daha göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya planlı, sistemli, koordinasiya olunmuş prosesdir və müxtəlif vasitələrlə həyata keçirilir.Bu təşkilatlar ABŞ-ın USAID təşkilatı tərəfindən maliyyələşdirilir. Burada müəyyən sifariş də özünü göstərməkdədir: “Əslində, tarixi təcrübə bu tipli addımların nə bir təsirinin, nə də nəticəsinin olduğunu göstərir. Sadəcə olaraq, onlar öz mövcudluqlarını, gərək olduqlarını, ayrılan vəsaitlərin “məqsədyönlü şəkildə” xərcləndiyini göstərmək üçün müxtəlif hesabatlar hazırlayıb yayırlar.USAİD və hadisələr göstərir ki, artıq bir çox hallarda cəmiyyətlər 10-20-30 ilin cəmiyyətləri deyil, ölkələr kifayət qədər möhkəmlənib. Öz təhlükəsizlik sistemlərini yüksək səviyyədə təmin ediblər ki, bu cəhdlər puç olub. Gürcüstanın timsalında bunu demək olar. Belə halda USAİD, onun fəaliyyəti bir çox ölkələrdə qadağan olunub. Artıq çox güman ki, bu da öz növbəsində Amerika Birləşmiş Ştatları nüfuzuna çox ciddi mənfi təsir göstərir. Çox güman ki, USAİD artıq köhnə formada fəaliyyət göstərə bilməyəcək. Nə qədər onu dirçəltmək istəsələr də alınmayacaq. Bu da həmin layihənin sonda bağlanmasına gətirib çıxaracaq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər