İclasda YAP Yasamal rayonu təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Aztelekom” MMC-nin direktor vəzifəsini icra edən Həsən Ömərov, YAP Yasamal rayonu “Tbilisi pr.107” (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.
İclasın rəsmi hissəsindən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə tər güllər düzülüb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
İclasda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonar müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayaraq iclası açıq elan edən “Aztelekom” MMC-nin direktor vəzifəsini icra edən Həsən Ömərov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb.İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İclasda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbələr qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır. Bəxtiyar Nəbiyev iclas iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib və Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.
Çıxış edən Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev 2024-cü il ərzində ərazi partiya təşkilatının gördüyü işlər barəsində hesabat verib.
Çıxışlardan sonra fəxri fərmanlar və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.