Mövcud faktlar və reallıqlar ondan ibarətdir ki, Azərbaycan mediası bütün dövrlərdə ölkəmizdə baş verən ictimai, siyasi, mədəni və digər hadisələrlə bağlı geniş və əhatəli informasiyaları cəmiyyətə, eləcə də dünyaya çatdırılmasında müstəsna rol oynayıb. Bu gün də xoşməramlı ənənəsini davam etdirən Azərbaycan mediası qabaqcıl texnologiyaların geniş tətbiqi, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında göstərdiyi fəallığına və ədalətli informasiya yayımına görə dünyada sayılan və seçilən mediasına çevirilib.
Təəssüflər olsun ki, ölkəmizdə media sahəsində yaradılan münbit, demokratik şəraitdən bəzi şəxslər, qruplar istifadə etməyə çalışırlar. Müxtəlif xarici maliyyə şəbəkələri ilə əlaqələrə girir və onlardan qrantlar almaqla pozuculuğa xidmət edən media şəbəkələri yaradırlar. Belə media şəbəkələri arasında “Abzas Media”, “Toplum” TV, “Meydan”TV kimi media qurumlarının adlarını çəkmək olar. Onlar qrantlar şəkilində aldıqları pullar qarşılığında Azərbaycanda görülən möhtəşəm işlərə kölgə salmaq, insanlar arasında çaşqınlıq yaratmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə edirdilər. Söz yox ki, Azərbaycan qanunvericiliyinə görə qanundankənar məqsədlərinin icrası üçün pul almaq cinayət hesab olunur. Bu səbəbdən də haqlı olaraq Azərbaycan hüquq-mühafizə orqanları sözügedən media qurumlarını ifşa etdi və onların həbsinə nail oldu. “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. Bu günlər isə “Meydan” TV-nin əmıəkdaşları Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş, Natiq Cavadlı, Ülvi Tahirov, Ramin Deko və Xəyalə Ağayeva barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Toplum” TV, “Abzas Media”, “Fakt Yoxla”, “lll Respublika Platforması” və digər bu kimi layihələr Qərb fondlarının birbaşa sifarişi ilə hazırlanıb
Aparılan istintaq materialları ilə sübuta yetirilib ki, “Abzas Media” xəbər portalının rəhbərliyi “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Bu məqamda, həmin "demokratiya göyərçinlərini" oxuculara daha yaxından tanıtmaq yerinə düşər. “Aleks” kod adlı şəxs [email protected] mail ünvanı ilə qeydiyyatdan keçmiş Aleksandra Kirbidir. O, Londonda “Birmingem” və “Jagiellonian” universitetlərində təhsil alıb, 2015-ci ildən “Avropa Demokratiyaya Yardım Fondu”nun baş proqram meneceridir. Məqalə yazılan dəqiqələrdə şəxsiyyəti dəqiqləşdirilən “Daisy” isə [email protected] mail ünvanı ilə yuxarıda qeyd olunan platformada qeydiyyatdan keçib. O, Ukraynada anadan olub, Polşada “Natolin” Avropa Kollecində təhsil alıb, hazırda isə Brüssel şəhərində yaşayır, “Avropa Demokratiyaya Yardım Fondu”nda işləyir. Görünən odur ki, səfərlər və görüşlər bizim "qəhrəmanlar" üçün kifayət qədər uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Müxtəlif görüşlərdə maliyyə fırıldaqçılıqlarının sirlərinə yiyələnən Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb. İstintaq araşdırması ilə yanaşı həbs edilən şəxslərdə bzəi etiraflar ediblər. Etiraflara görə, Toplum TV, Abzas Media, Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələr Qərb fondlarının birbaşa sifarişi ilə hazırlanıb. Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.
Qərbdən pulları “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov alıb
“Toplum” TV, “Abzas Media”, “Fakt Yoxla”, “lll Respublika Platforması” və digər saytların həbs edilən əməkdaşlarının etirafları təsdiq edir ki, Azərbaycanda həyata keçirilən qara işlərin başında “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov dayanıb. Akif Qurbanov bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Diqqətçəkən məqam ondan ibarətdir ki, əsas rolda “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli çıxış etdiyi görüntüsü yaransa da, reallıqda həyata keçirilən layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub. A.Qurbanov əvvəlcə “Toplum TV”ni təlim mərkəzi kimi istifadə edib. Müxtəlif layihələrə cəlb olunan şəxslər arasında seçim aparılması, seçilənlərin təlimlərə cəlb olunması bu platformada reallaşdırılıb. Sonra isə onlar “Azadlıq”, “Amerikanın səsi” radiolarında, “Abzas Media”da və digər yerlərdə işlə təmin olunublar. Sonra isə “Toplum TV” həm də media kimi fəaliyyət göstərməyə başlayıb. TV-də çalışan şəxslər də vəzifələrindən asılı olaraq yüksək maaşlar alıblar.
Məsələn, “Toplum TV”-nin işinə rəhbərlik edən şəxslər 3500-4000 dollar həcmində maaşla təmin ediliblər. Veriliş aparıcısının maaşı 2000 dollar təşkil edib. Redaktorlar Müşviq Cabbarov, Cavid Ramazanov 800-1000 dollar, aparıcı jurnalistlər, o cümlədən Fərid İsmayılov da bir o qədər əməkhaqqı alıblar. Ümumilikdə, aylıq bu qədər vəsaitin xərclənməsi ölkəyə qeyri-leqal yollarla böyük vəsaitlərin gətirildiyini və dövlətin əleyhinə istifadə olunduğunu göstərir. Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları Toplum TV, Abzas Media, Fakt Yoxla kimi qurumlara, həm də “Azadlıq” və “Amerikanın səsi” radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.
İLHAM ƏLİYEV