PDF Oxu

Siyasət

  • 1 026

“Zelenski Ərdoğanın çətiri altında ədalət və sülh arayır” - MÜNASİBƏT BİLDİRİLDİ

image

”Rusiya-Ukrayna müharibəsində ən ədalətli, ən doğru mövqe tutan qardaş Türkiyə Respublikası olub və tərəflərin hər ikisindən eyni məsafə saxlayaraq dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq hüququ müdafiə edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Ona görə də Türkiyənin bu ədalətli və güclü mövqeyi şübhəsiz ki, Ukrayna üçün bir cazibə yaradır, üstəlik humanitar yardımdan tutmuş bütün digər mümkün yardımlara qədər hamısını qardaş Türkiyə Ukrayna xalqının ağır günlərində onlara göstərib.Ona görə də düşünürəm ki, sülhü ədalətsiz və diktə olunan bir sazişə doğru sürükləyənlərin önündə dura biləcək və yaxud da onların da mövqelərini dəyişə biləcək yeganə ölkə hazırda Türkiyədir. Bu səbəbdən Zelenski Ərdoğanın çətiri altında ədalət və sülh axtarışında idi. Mən düşünürəm ki, qardaş ölkə də Qara dəniz vasitəsilə birbaşa qonşu olan və tarixlərin-tarixi əlaqələrə malik olan Ukraynaya əlindən gələn yardımı edəcəkdir. Heç şübhəsiz ki özümüzdəki tarixi mərhələdə də Türkiyə və Ukrayna münasibətlərinin çox mühüm perspektivləri yaranacaqdır”.

Ayşən Vəli

Digər xəbərlər