PDF Oxu

Siyasət

  • 1 083

“Prezidentin səfərləri beynəlxalq ictimaiyyət üçün ciddi mesajdır” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Prezident İlham Əliyevin Ağdam, Xankəndi və Xocalıya etdiyi səfərlər Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsinə dair beynəlxalq ictimaiyyət üçün ciddi mesajdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.Onun sözlərinə görə, Azərbaycan həm ərazi bütövlüyünü təmin edib, həm də erməni separatizminin kökünü kəsməklə əzəli torpaqlarında suverenlik hüququnu gerçəkləşdirib: “Suverenlik hüquqları Böyük Qayıdışın fraqmentləri olan yenidənqurma, tikinti-quruculuq və sakinlərin daimi yaşayışının təmin edilməsi ilə daha da möhkəmlənir”.Aqşin Kərimov sözlərinə belə davam edib: “İndi həm Qarabağ, həm də Şərqi Zəngəzur İqtisadi rayonlarında təhlükəsizliyin, suverenliyin qalıcılığı üçün lazım olan əsaslar yaradılıb. Bura hərbi təhlükəsizlik, iqtisadi-ticari canlanma, beynəlxalq aeroport tikintisi, əhali yerləşdirilməsi kimi mühüm aspektlər daxildir. Bu proses daha fərqli ölçü və meyarlarla gələcək üçün sürprizləri də özündə ehtiva edir.İlham Əliyevin səfərlərini artıq işğaldan azad olunmuş ərazilərə səfər kimi deyil, Azərbaycann suverenliyini təmin etdiyi torpaqlarına səfərlər kimi təqdim etmək daha doğru olardı. Çünki işğal dövrü arxada qalıb, separatizm məhv edilib. Cənab Prezidentin səfərləri bu baxımdan suverenlik proqramıdır. Prezidentin bu baxımdan qrafiki “Suverenlik və Konstitusiya İli” çərçivəsində daha böyük kontekstdə şərh oluna bilər”.

Ayşən Vəli

Digər xəbərlər