PDF Oxu

Siyasət

  • 984

"Azərbaycana qarşı bu cür qərəzli mövqe heç bir zaman nəticə verməyib" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Azərbaycana qarşı uzun illər davam edən ikili standartlar siyasəti, qərəzli mövqe, ədalətsiz və hətta bəzən düşmənçilik mövqeyi sərgilənib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.Onun sözlərinə görə, bu mövqe dünyanın bir çox beynəlxalq təşkilatları və Qərb, Avropa İttifaqı ölkələri tərəfindən həyata keçirilib: "Əsas məqsəd də Azərbaycanı bu qərəzli mövqe ilə təzyiq altında saxlamaq və bununla da Azərbaycanı nəyəsə məcbur etmək olub.

Əlbəttə ki, Azərbaycan dövləti heç zaman bu təhdid və təzyiqlərin qarşısında bir addım belə geri çəkilməyib. Əksinə Azərbaycan dövləti öz haqlı və ədalətli mövqeyini qoruyub saxlamağa, bəzi hallarda isə hücum diplomatiyasına üstünlük verməyə nail olub, üstünlük verib. Ona görə də, Azərbaycana qarşı bu cür qərəzli mövqe heç bir zaman nəticə verməyib, bundan sonra da verməyəcək. Həmin dairələr Azərbaycanın milli maraqlara əsaslanan dövlətçilik maraqlarının qorunması istiqamətində həyata keçirilən bu siyasətini heç zaman qəbul etmək istəməyiblər. Azərbaycanın müstəqil siyasətinə qarşı olublar. Ona görə də, Azərbaycana qarşı həm bəzi beynəlxalq təşkilatlar səviyyəsində, həm də bəzi üzdəniraq ölkələr səviyyəsində bu cür hücumlar planlaşdırılıb.Bəzi hallarda isə qarayaxma kompaniyaları ölkəmizin beynəlxalq arenada gözdən salınmasına cəhdlər, bu kimi iftiralar həyata keçirilib. Hər bir zaman Azərbaycan dövləti, Azərbaycanın aidiyyatı dövlət qurumları, Xarici İşlər Nazirliyi dəfələrlə bu proseslərə qarşı çox ciddi və qətiyyətli bəyanatlar səsləndiriblər. Həmin dairələrin susdurulması istiqamətində əməli addımlar atılıb. Bu cür qərəzli mövqe daim Azərbaycan ictimaiyyətində də hiddətlə və təəssüflə qarşılanıb. Azərbaycan ictimaiyyəti, xalqının müxtəlif təbəqələrindən daim həmin bəlli ünvanlara qarşı ikrah hissi ilə qınaq mövqeyi sərgilənib. Azərbaycan xalqında da bu cür hiddətli mövqeyi biz daim hiss etmişik. Ona görə də, həmin təşkilatların arzuları daim ürəklərində qalıb. Çünki Azərbaycanda möhkəm xalq-iqtidar birliyi var. Azərbaycanda "dəmir yumruq" var. Azərbaycan xalqının gücündən güc alan Prezident İlham Əliyevin "dəmir yumruğ"u həm işğalçı Ermənistanın başına daim zərbələr endirib, həm də həmin qərəzli mövqedə dayanan qüvvələrin qarşısında bir sipər olub".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər