Artur Tahir oğlu Rasi zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, A.Rasi-zadə bu ordenlə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə təltif edilib.Xatırladaq ki, Artur Rasi-zadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.