Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq. SİA -nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.