Fevralın 20-21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 24-cü qış sessiyası işə başlayıb. SİA xəbər verir ki, Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov fevralın 20-də sessiya çərçivəsində ATƏT PA-nın prezidenti Pia Kauma ilə görüşüb.Milli Məclisin PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və ATƏT PA-nın Baş katibi Roberto Montellanın da iştirak etdikləri görüşdə ATƏT PA-nın gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.