PDF Oxu

Siyasət

  • 538

Xocalı soyqırımı insanlıq tarixinin ən qorxulu kütləvi terror aktdır TƏHLİL

image

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin amansız şəkildə etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Nəticədə 2 milyondan çox azərbaycanlı erməni vandalizminin qurbanı olmuş, yüzlərlə şəhər, kənd və qəsəbə dağıdılmış, tarixin müxtəlif səhifələrini özündə yaşatmış memarlıq nümunələri yer üzündən silinmişdir. 1918-ci ili 31 mart soyqırımının ardınca ermənilər öz qəsbkar, vandal siyasətlərini sovetlər birliyi tərkibində olduğumuz dövrlərdə də davam etdirmişdir. Mövcud faktlara və sənədlərə əsasən 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuşdur. Öz doğma yurd-yuvalarından qovulan Qərbi Azərbaycanlılar respublikamızın müxtəlif bölgələrində o cümlədən də Kür-Araz düzənliyində yerləşdirilmişdir. Fərqli mühitin mövcudluğu yüzlərlə azərbaycanlının həyatına son qoymuşdur. Sonrakı mərhələdə, yəni 1988-ci ildə isə Ermənistanın terrorçu hərbi xuntasının məkrli siyasəti nəticəsində öz tarixi torpaqlarında yaşayan 300 minə yaxın Qəbi Azərbaycandan didərgin salınmışdır. Sovetlərin dağılması ərəfəsində xarici havadarlarının hərbi siyasi, maliyyə dəstəyinə arxalanan ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa iddia etməyə başlamışdır. Hər cür müasir silah-sursatla təchis olunan ermənilər öz məkrli siyasətlərini həyata keçirmək üçün davamlı olaraq Azərbaycanın ərazilərinə xain basıqınlar etmişdir. Bu cür quldur basqınları nəticəsində Azərbaycanın yüzlərlə kənd və qəsəbələri, şəhərləri dağıdılmış, on minlərə günahsız insan qətlə yetirilmiş, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsinə nail olmuşdur. Erməni vəhşiliyi, vandalizmi Qarabağın hər bir kənd və qəsəbələrində, şəhərlərində özünü göstərib. O yerlərdən biri də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yer üzündən silinən, Xocalı şəhəridir.

Sivil dünyanın sarsıldığı 1992-ci il fevralın 25-dən 26-a keçən gecə

Bəşəriyyətə və insanlığa qarşı olan Xocalı soyqırımı dünya tarixinin ən qanlı, ən amansız səhifələrindəndir. Erməni terrorçu silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücün edərək dünyanı sarsıdan vəhşiliklər həyata keçirmişlər. Şəhərə quldur hücumdan öncə erməni terrorçuları Xocalını toplarla şiddətli atəşə tutulmuş və şəhərdə yanğınlar törətmiş dinc, əliyalın insanlar arasında təşviş yaratmışlar. Fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüş və şəhərdə qalmış təqribən 2500 nəfər əhali çarəsiz duruma düşmüşlər. İnsanlar Ağdama çatmaq və xilas olmaq ümüidi ilə Xocalını tək etsələrdə istəklərinə nail ola biməmişlər. Xocalını zəbt edən erməni -rus hərbi biləşmələri dinc əhalini yollarda yaxalayaraq, onlara divan tutmuşlar. Törədilən vəhşilik nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca, 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır, onlardan 76 nəfər uşaq olmuşdur. Ümumilikdə 1275 nəfər əsir götürülmüşdür, 150 nəfər itkin düşmüşdür. ERmənilərə Xocalıda törətdikləri soyqırımı aktı ilə bağlı dünyanın müxtəlif nüfuzlu nəşrləri kədərli informasiyalar paylaşmışlar: Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır.Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində "İslam Konfransı Təşkilat"ında Xocalı qətliamını soyqırımı kimi tanıtmaq mümkün olub

Bəşəriyyəti sarsıdan, insanlığa qarşı erməni soyqırımı haqqında dünyanın nüfuzlu siyasi icmalçıları, hökumət və dövlət adamları ürək ağrısı ilə fikirlər səsləndirirlər. Azərbaycan xalqının ziyalıları, elm adamları müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktları ilə bağlı fotolara paylaşır, ciddi, əsaslı çıxışlar edirlər. Məhz bu cür fəallığın nəticəsidir ki, artıq 10-a yaxın dövlətin parlamenti tərəfindən ermənilərin Xocalıda törətdiləri vəhşilikləri soyqıqmı aktı olaraq tanıyıblar. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məqsədyönlü, ardıcıl strategiya həyata keçirilir. Məhz bunun sayəsində Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı soyqırımı ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılır. Burada ən böyük missiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatmış olduğu “Xocalıya ədalət” kampaniyası ilə həyata keçirilir desək səhv etmərik. Məhz Azərbaycan gəncliyinin aparıcı qüvvəsi olan Leyla xanım Əliyevanın apardığı məqsədyönlü təbliğat, xüsusi ilə də, "Xocalıya ədalət" kampaniyası çərçivəsində "İslam Konfransı Təşkilat"ında Xocalı qətliamını soyqırımı kimi tanıtmaq mümkün olub.

Həmçinn, Azərbaycanın dünyada fəaliyyət göstərən diaspor təşkilatları da Xocalı soyqırımı və digər milli məsələlərimizlə bağlı olduqca mühüm işlər həyata keçirirlər. Bütün bunların nəticəsi olaraq, artıq dünyanın aparıcı ölkələri Azərbaycan xalqının başına gətirilən faciələri, soyırımı və etnik təmizləmə siyasəti kimi dərk edir. Yəni 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı edilmiş vəhşilik, həyata keçirilmiş soyqırımı aktını dünya ictimaiyyəti də qəbul edir. Artıq bu gün Azərbaycanda mövcud olan möhkəm ictimai-siyasi sabitlik, iqtisadi inkişaf imkan verir ki, ölkəmizlə bağlı ən real və həqiqi faktları dünya ictimaiyyətinə olduğu kimi çatdıra bilək. Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünya ictimaiyyəti, dünya birliyi Azərbaycanın həqiqətləri ilə maraqlanır və dərk edir.

Soyqırımı törədənlərin şəxsiyyəti ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər olunub

Xocalıda erməni-rus hərbi birləşmələrinin həyata keçirdikləri qətliamların xüsusi amansızlıqla həyata keçirilməsi hadisə yerində olmuş ingilis, fransız, rus, amerikan, gürcü, alman və digər ölkələrin vətəndaşı olan jurnalist və blogerlərini dəhşətə gətirmişdir. Ermənilər sağ qalmış insanlar başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Xocalıda həyata keçirilmiş soyqırımı faktının iştirakçıları və icraçıları da bəllidir. Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının prokurorluğunda Xocalının işğalına dair istintaq materiallarına görə, 7 min insanın yaşadığı Xocalıya hücumda Ermənistanın keçmiş müdafiə naziri Ohanyan Seyran Muşeqoviçin (o zaman qondarma "DQR"nın "müdafiə naziri" olub) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Soyqırımı törədənlərin şəxsiyyəti ilə bağlı beynəlxalqı təşkilatlara müraciətlər olunub. Yəni Xocalıya hücum edən erməni-rus hərbi birləşmələrinin komandirlərinin hər birinin adları və törətdikləri qətliamlar Azərbaycan ictimaiyyətinə məlumdur. Ona görə də, biz qətliamları törədənlərin cəzasız qalmaması üçün fəaliyyətimizi dahada gücləndirməliyik. Kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı, xaricdəki dostlarımız, müxtəlif ölkələrdəki lobbi təşkilat nümayəndələri öz əməlləri ilə böyük aktivlik nümayiş etdirməlidir. Nəhayət, qətliamları törədənlər layiq olduqları cəzanı alsınlar. Necə ki, Kosovoda Priştina faciəsini törədənlər Haaqa tribunalı qarşısında cavab verdilər, o cümlədən də, biz də nail olmalıyıq ki, Xocalı soyqırımını törədənlər məhz həmin tribunal qarşısında cavab versinlər.

Bugünkü hadisələrin inkişafına əsasən demək olar ki, xocalıların qisası döyüş meydanında ermənilərin cəzalandırılması ilə alınıb. Artıq xocalıların ruhu şaddır və digər işğal altında olmuş ərazilərimiz kimi Xocalı şəhəri də azad nəfəs alır. Şəhərin hər yerində geniş quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir və insanlar tədricən öz doğma yurd-yuvalarına qayıdaraq bölgəyə yeni həyat bəxş edirlər. Bu arada həm də Xocalıda cəlladlıq edib, insanları vəhşicəsinə öldürən şəxslər də ədalət məhkəməsi qarşısına çıxarılıblar. Əminik ki, Xocalıda insanlara qarşı vəhşiliklər etmiş Arayik, Qukasyan, Saakyan və digərləri məhkəmənin ədalətli qərarı ilə layiq olduqları cəzanı ala biləcəklər.

İLHAM ƏLİYEV

Digər xəbərlər