PDF Oxu

Siyasət

  • 603

Tərtərdə “Xocalı soyqırımı”na həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

image

YAP Tərtər rayon təşkilatının tədbirlər planına uyğun olaraq YAP Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırımı”na həsr olunmuş "Xocalı faciəsi qan yaddaşımızdır" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqəyə rayonun 41 ümumtəhsil məktəbinin şagirdləri qatılıb.
Əvvəlcə torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin və Xocalı soyqrımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, rayon Təhsil Sektorunun əməkdaşı Lamiyə Məmmədova və Ələsgərli kənd tam orta məktəbin direktoru, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova, Xocalı sakini İnqilab Baxışov çıxış edərək bu soyqırımın bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olduğunu bildiriblər və şagirdlərə Xocalı faciəsi barədə ətraflı məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını, artıq xocalıların öz yurd-yuvalarına qayıtdığını bildiriblər.
Sonra müsabiqəyə start verilib. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri müəyyən edildikdən sonra qaliblər YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və rayon təhsil sektoru tərəfindən diplom və fəxri fərmanla təltif ediləcəklər.

Digər xəbərlər