PDF Oxu

Siyasət

  • 609

Qanlı tariximiz olan Xocalı soyqırımından 33 il ötür

image

Xalqımız 200 il ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Biz hər zaman tarixi torpaqlarımızdan qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən törədilmişdir. Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 20-ci əsrin sonlarında Xocalıda üzləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda xüsusi qəddarlıqla törədilmiş cinayətdən artıq 33 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 nəfər sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edilmiş və 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Bu günədək çox az sayda ölkələr Xocalı soyqırımını tanımışdır. Xarici jurnalistlər də baş vermiş vəhşiliklər haqqında yazmışlar. Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lentə alan livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il 26 fevral saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Elə bir Xocalı sakini yoxdur ki, həmin dəhşətli gecədə öz yaxınını, doğmasını itirməsin, əsirliyin fəlakətini yaşamasın. Xocalı qətliamı illər, əsrlər keçsə belə unudulan deyil. Xocalı faciəsi XX əsrin ən dəhşətli cinayətlərindən biridir. Hər il, demək olar ki, hər gün Xocalı faciəsi haqqında bütün azərbaycanlılar ağrı və acı ilə danışaraq yad edirlər. Xocalıda törədilən müsibətlərdən ürəkağrısı ilə bəhs edilir. Faciədən danışarkən göz yaşları saxlamaq mümkün deyil. Bu günədək qarşılaşdığım Xocalı sakinlərinin gözlərinə diqqətlə baxarkən həmin o faciəni görməmək və hiss etməmək qeyri-mümkündür. Çörəyi ayaqlayan, qonşusuna xəyanət edən erməninin heç öz millətinə də sədaqəti yoxdur. Allah Xocalı faciəsində şəhid olanlarımıza rəhmət eləsin!

Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, DƏMİR YUMRUQ qalib gəldi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisası alındı. Şəhidlərimizin qanı yerdə qalmadı.27 sentyabr2023-cü il tarixində keçirilən 24 saat “antiterror əməliyyatları” Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırılıb. Antiterror əməliyyatlarından dərhal sonra Xocalıya, Ağdərəyə, Xocavəndə və Xankəndiyə üçrəngli, ay – ulduzlu bayrağımız sancıldı. Cinayət cəzasız qalmadı!!!

Artıq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış başlayıb. Bu ərazilərdən biri də Xocalı rayonunun Ballıca kəndidir.Ballıca kəndinə köç edənlər Respublikanın müxtəlif ərazilərində məskunlaşmış ailələrdir. Həmin ailələr dövlət qayğısı ilə əhatə olunduqları üçün cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər.

Nigar Abdullayeva

YAP Yasamal rayonAMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər