PDF Oxu

Siyasət

  • 1 038

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Digər xəbərlər