Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 26 Fevral – Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə “Xocalı soyqırımı qan yaddaşımızdır!” adlı tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində ilk öncə Ağstafa şəhər Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksinin önünə gül dəstələri qoyulub. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirələri böyük ehtiramla yad edilib.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
dbirə başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, Xocalı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyevbildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımından 33 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu soyqrım Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Tədbirdə çıxış edən digər natiqlər – Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi İndira Vəliyeva, Vurğun qəsəbə tam orta məktəbinin müəllimi Nizami Alıyev, Ağstafa rayon Statistika idarəsinin əməkdaşı, şəhid bacısı Nərgiz Şıxməmmədova, Ağstafa şəhər 3 №-li tam orta məktəbin direktor müavini Şəfəq Heydərli və Ağstafa şəhər 2 saylı kitabxananın müdiri Leyla BayramovaXocalı faciəsinin tariximizdə buraxdığı izlər haqqında danışıblar.
Sonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.