“Dünyada siyasi palitranın şəkilləndirilməsi prosesi gedir və hadisələr çox sürətlə dəyişir”. Bunu SİA-ya millət vəkili Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi bu sürətli dəyişimi daha radikal formaya saldı: “Hal-hazırda Rusiya və Ukrayna müharibəsində ABŞ kəskin dəyişir. Bu yaxınlarda Vladimir Putinlə Donald Tramp arasında görüşün keçirilməsi məsələsi də gündəmdədir.
Rusiya xarici işlər naziri ilə Prezidentin köməkçisi, ABŞ dövlət katibi və xüsusi nümayəndənin görüşlərinin təşkil edilməsi iki ölkə başçısının görüşəcəyi ilə bağlı müəyyən hazırlığın aparıldığını göstərir. ABŞ və Rusiya dövlətinin prezidentlərinin görüşündən çıxan nəticələr bir çox hadisələrin necə cərəyan edəcəyini aşkara çıxaracaq. Ola bilər ki, iki prezidentlərin görüşündə Cənub Qafqazla bağlı da məsələlər meydana çıxsın və orada Azərbaycan-Ermənistan münasibətlərindən də söhbət açılsın. Lakin düşünürük ki, bu görüşdə əsas məsələ Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağı, eyni zamanda hansı şərtlərin olacağından danışılacaq. Qarşıya qoyulan məsələlərin müzakirə olunması gözlənilir. Bu məsələlərdə Avropa İttifaqının kənarda qalması da vacib məqamdır”.Millət vəkili bildirib ki, bizim üçün əsas məsələ ölkəmizlə bağlı olan hadisələrdir: “O ölkədəki böyük problem var orada lider problemi var. Liderin zəif olması bir sıra ölkələrdə böyük problemlər yaradır. Bu konteksdən baxsaq Azərbaycan bütün hadisələr içərisində uduşlu çıxan ölkədir. Bunun isə əsas səbəbi Azərbaycan Prezidentinin ağlı, düşüncəsi, siyasi məharəti, liderlik keyfiyyəti, nüfuzu, hadisələri öncədən görərək hərəkət etməsidir. Təsəvvür edək ki, Ukrayna bu gün parçalanmaqdadır. Ölkənin bölüşdürülməsi prosesi gedir. Halbuki bir sıra Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Azərbaycan öz ərazisində separatçıları təmizləyir, düşməni ərazisindən çıxardır. Qərb ölkələri onun bizim üzərimizə gələrək, işğalda günahlandırırlar. Halbuki işğal edən tərəf Ermənistandır. Bütün bu böyük oyunlardan Azərbaycanın qalib çıxması ölkə başçısının ağılının məhsuludur”.
Müəllif: Banuçiçək Hüseynli