Məlumdur ki, Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərlərə və şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin qardaş ölkənin liderləri ilə birgə möhkəm təməllər üzərində qurduqları dostluq, qardaşlıq münasibətlərinə söykənir. Qeyd edək ki, xalqlarımız, dövlətlərimiz arasındakı yüksək etimad və hörmət qarşılıqlıdır.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstək, Pakistan dövlətinin və xalqının hər zaman yanımızda olması qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Pakistanın baş nazirinin Azərbaycana dövlət səfəri iki döst, qardaş ölkələr arasındakı münasibətləri yeni səviyyəyə qaldıracaq, qarşılıqlı əlaqələrə yeni impuls verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, bu qarşılıqlı dəstək isə ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır. Baş nazir Məhəmməd Şahbaz Şərif Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edir.
Xüsusilə qeyd etmək yerinə düşər ki, qarşılıqlı etimad, sevgi, səmimi dostluq, qardaşlıq münasibətlərindən yüksəkdə dayanan heç nə yoxdur. Ən önəmlisi isə odur ki, iki ölkə arasındakı münasibətlər sağlam təməllər üzərindən qurulub, zamanın sınaqlarından çıxıb. Bu gün iki ölkə liderlərinin səyləri sayəsində Azərbaycan-Pakistan münasibətləri öz inkişafının ən yaxşı dövrünü yaşayır. Azərbaycanın Vətən Müharibəsində Qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir.
Ən əsası, Qardaş ölkənin baş nazirinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.
Firəddin Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı