PDF Oxu

Siyasət

  • 1 125

Milli Məclisin deputatı seçicilərlə görüşüb

image

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Yaycı kənd mərkəzində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Millət vəkili, həmçinin Yaycı kəndindən olan şəhidlər Rəşad Ramiz oğlu Hüseynli, Bağır Tahir oğlu Bayramov, Məzahir Ramazan oğlu Nəcəfov və Daşqın Elşad oğlu Rzalının ailələrini evlərində ziyarət edib. Şəhid ailələri ilə görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin şücaətini hər zaman yüksək qiymətləndirir, ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili kəndin ən yaşlı sakini - 102 yaşlı Abdulla Qasım oğlu Səfərovu da evində ziyarət edib.

Digər xəbərlər