PDF Oxu

Siyasət

  • 451

Üçüncü Reyx fəaliyyətini bərpa edir TƏHLİL

image

Almaniyada Bundestaqa keçirilən növbədənkənar seçkilərdə nasistlərin yerlərin əsas çoxluğuna sahib olması Avropanı təhlükə qarşısına qoyur

Almaniyada Bundestaqa keçirilən növbədənkənar seçkilər gözlənildiyi kimi indiki kansler Olaf Şoltsun faciəsi ilə başa çatdı. Təqribən 130 ildən sonra O.Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə ən aşağı səs qazanıb. Bu da onunla bağlıdır ki, O.Şolts istər daxili, istərsə də beynəlxalq aləmdə yanlış və səhv siyasət aparıb. Xüsusilə də, onun almanların sosial –iqtisadi maraqlarının təmin edilməsində, vergi siyasətində, miqrantlarla bağlı mövqeyində kobud və bağışlanması qeyri-mümkün olan siyasət həyata keçirib. Beynəlxalq təhlükəsizliyə töhfələr vermək əvəzinə, O.Şolts münaqişələri, müharibələri qızışdırmağa, vətəndaş qarşıdurmalarını alovlandırmağa daha çox cəhdlər göstərib. Elə uzağa getməyək, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyub, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədə sülhün təmin edilməsinə cəhdlər göstərməkdən, O.Şolts Ermənistanın bacısı hesab edilən E.Makrona az qala qardaşlıq edərək Ermənistana hərbi və siyasi yardımlar təşkil etdi. Bu azmış kimi Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının mülki missiyası adı altında özünün casus şəbəkəsini yerləşdirdi. Eyni zamanda Olaf Şolts Rusiya - Ukrayna müharibəsinin daha da alovlanmasında xüsusi canfəşanlıq göstərib. Hər məqamda Ukraynanın dağıdıcı silahlarla təmin edilməsi, müharibə zonasına NATO qüvvələrin göndərilməsi təklifləri ilə çıxış edib. O.Şoltsun imzaladığı qərara əsasən Ukraynaya “Leopard 1” və "Marder" PDM-ləri üçün sursat, minalara davamlı MRAP maşınları göndərilib. 2024-cü ilin may ayında isə Almaniya Ukraynanı 6 milyard avro maliyyə yardımı, eləcədə HIMARS raket sistemlərindən, hava hücumundan müdafiə sistemlərindən, tanklardan və digər silahlardan ibarət silah -sursat dəstəyi göstərib. O.Şolts hökumətinin açıqlamasında bu barədə qeyd olunurdu ki, Almaniya Ukraynaya 20 ədəd “Marder” piyada maşını, 10 ədəd “Leopard 1 A5” ehtiyat hissələri ilə tanklar, 1 ədəd qısamənzilli zenit-raket kompleksi IRIS-T SLS, 1 ədəd ortamənzilli zenit-raket kompleksi IRIS-T SLM, 3 ədəd HIMARS raket artilleriya sistemi, 2 ədəd “Biber” zirehli körpüdüzən maşın, 2 ədəd “Bergepanzer” zirehli təmir-bərpa maşını, 14 ədəd “Visent” minatəmizləmə maşını göndərib. Hərbi yardım paketinə digər texnika və sursatlar da daxildir. Bir qədər əvvəl isə Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın öz hava hücumundan müdafiə sistemlərinin ümumi sayının dörddə birini Ukraynaya təhvil verəcəyini bildirmişdi. Boris Pistorius Almaniyanın Ukraynaya bir neçə min döyüş pilotsuz uçan aparatını ötürmək niyyətində olduğunu da açıqlamışdır: “Almaniya Ukraynaya atıcı silahlar, o cümlədən snayper tüfəngləri, tank əleyhinə silahlar və artilleriya döyüş sursatları üçün yeni komponentlər də verəcək”.

Onlar tez-tez A.Hitlerin şüarını səsləndirirlər: “Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq”

Təbii ki, pozucu və qızışdırıcı siyasət O.Şoltsu məğlubiyyətə uğratmalı idi, belə də oldu. Fevralın 23-də keçilən Bundestaqa növbədənkənar seçkilərdə O.Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası ağır və rüsvayçı məğlubiyyətə uğradı. Almaniya Federal Seçki Komissiyasının yaydığı məlumatda bildirilir ki, seçkilərdə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,6 faiz səslə qalib gəlib. Məlumata görə, seçkidə ikinci pilləni 20,8 faiz səslə “Almaniya üçün Alternativ” (AfD) partiyası tutub. Üçüncü pillədə isə 16,4 faiz səslə Almaniyanın hazırkı Kansleri Olaf Şoltsun təmsil etdiyi “Sosial Demokrat Partiyası” qərarlaşıb. Bununla yanaşı, “Yaşıllar” partiyası 11,6%, “Sol Partiya” isə 8,8% səslə Bundestaqda yerini təmin edib.“Sahra Vaqenknext İttifaqı” və “Azad Demokrat partiyası” 5 faizlik səs baryerini keçə bilmədiyindən parlamentdə təmsil olunmayacaq. Artıq O.Şoltsu məğlubiyyəti ilə barışıb və qalib Xristian Demokrat İttifaqının rəhbəri Frank Berzi qələbə münasibəti ilə təbrik edib. Aprelin əvvəlinə qədər F.Berzi hökuməti qurmalıdır. Ancaq indidən demək olar ki, F.Berzə hökuməti qurduqdan sonra ölkədə hökm sürən itisadi, siyasi hərci-mərcliyi aradan qaldırması çətin olacaq. Çünki nasistlərin əsas dayağı hesab edilən “Almaniya üçün Alternativ” və digər faşizm dərnəkləri iddialı görünür və F.Berzə ultimativ tələblər ünvanlayırlar. Məlumatlara istinadən qeyd etmək olar ki, 2021-ci ildəki seçkilərlə müqayisədə “Almaniya üçün Alternativ” nəticələrini iki qat artırıb, Bu da onunla bağlıdır ki, bu partiya açıq şəkil də nasizmi təbliğ edir və A.Hitler ideologiyasını Almaniyanın xoşbəxtliyinin tərənnümü və nicatı hesab edir. “Almaniya üçün Alternativ” partiyası dünyanın yenidən bölüşdürülməsi və ikinci dünya müharibəsində Almaniyanın təhqiredici təslimçilik müqaviləsinə yenidən baxılmasını bəyan edir. Onlar tez-tez A.Hitlerin şüarını səsləndirirlər: “Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq”.

“Almaniya Reyxi”nin vətəndaşları

“Almaniya üçün Alternativ” partiyasının üzvləri özlərini kütləvi tədbirlərdə “hitlerçi”lər olaraq təqdim edirlər. Onlarını özlərini həm də “Reyxsbürgerlər” adlandırılar. “Reyxsbürgerlər” hələ də Almaniya Federativ Respublikasını (AFR) dövlət kimi tanımırlar. Bunun müqabilində onlar özlərini 1937-ci il sərhədləri çərçivəsində “Almaniya Reyxi”nin vətəndaşları hesab edirlər. Bu adamlar Almaniyanın Əsas Qanununu, məhkəmələrin legitimliyini rədd edir, bütün səviyyələrdə hakimiyyətin rəsmi nümayəndələrini, hökumətin qərar və sərəncamlarını tanımırlar. “Reyxsbürgerlər” vergiləri və başqa dövlət rüsumlarını ödəməkdən imtina edirlər. Bəzilərində “Almaniya Reyxi vətəndaşlarının pasportları” var. Əksəriyyəti ifrat sağçı baxışların sahibidir. “Reyxsbürgerlər” Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarənin nəzarəti altındadır və onların dəqiq sayı açıqlanmır. Tez-tez “Reyxsbürgerlər”lərlə Almaniya hüquq-mühafizə orqanları arasında silahlı atışmalar olur. Onlar açıq şəkildə hökuməti tanımır, hüquq-mühafizə orqanlarının qanunlara riayət etmək tələblərini rədd edirlər. Bir qədər əvvəl Bavariya əyalətinin Georgensqmünd şəhəri yaxınlığında “reyxsbürgerlər”dən biri silahının müsadirə olunması orderi ilə evinə gələn hüquq mühafizə orqanları nümayəndələrinə atəş açıb. Silahın saxlanması və istifadəsi barədə lisenziyanın olmasına baxmayaraq, hüquq mühafizə orqanları onu müsadirə etmək qərarına gəliblər, çünki 49 yaşlı “reyxsbürger”in radikal baxışları təhlükəli sayılıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb. Həkimlərin cəhdlərinə baxmayaraq onlardan birinin həyatını xilas etmək mümkün olmayıb, ölüb.

Almaniyada baş verən hadisələrin inkişafı onu deməyə əsas verir ki, özlərini “Almaniya Reyxi”nin vətəndaşları hesab edən . “Reyxsbürgerlər” Üçüncü Reyxin fəaliyyətini yenidən bərpa edə biləcəklər. Əgər plan baş tutsa Avropa yenidən fəlakətlə üzləşəcək.Çünki yeni formatda yaradılan Üçüncü Reyx Hitlerin yarımçıq qalan planlarını dirçəldib, yenidən onu davam etdirməkdə israrlıdır. Məlum faktdır ki, "Üçüncü Reyx" terminin yaradıcısı alman yazıçısı və tərcüməçisi Möller van den Brukdur. Möller van den Bruk 1923-cü ildə "Üçüncü Reyx" adlı kitab nəşr etdirir. 1934-cü ilin sentyabrın 23-də Nürnberqdə nasistlər qarşsında çıxışında Adolf Hitler Üçüncü Reyxin 1000 il yaşayacağını qeyd etmişdir. Məhz onun çıxışından sonra bu dövləti "Minillik reyx" adlandırmışlar.

"Minillik reyx" Almaniyaya böyük faciələr yaşatdı

"Minillik reyx"in ideoloqları çox amansız və qəsbkar siyasət həyata keçirdi. Hətta öz silahdaşlarına belə güzəşt etmirdi. Səhvə yol verən, Hitlerin proqramından və əmrlərindən kənara çıxanlar dərhal həbs düşərgələrinə və ya torpağın altına göndərilirdilər. Bu cür vəhşi və amansız siyasətin aparılması nəticəsində Hitlerçilər 1935-1936-cı illərdə Almaniyanın Birinci Dünya müharibəsində itirdiyi torpaqları geri qaytarmağı bacardı. Bununla kifayətlənməyən nasistlər Fransaya sarsıdıcı zərbələr vurdu. 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936–1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Antikomintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu.İkinci dünya müharibəsinin ilk illərində Hitler Polşanı Norveçi, Belçikanı, Hollandiyanı, Fransanıişğal etdi. Ən rüsavayçı məğlubiyyətlə isə Fransa üzləşdi. Almanlar cəmi 80 minlik qoşunla 2, 5 milyonluq fransız əsgərlərini darmadağın etdilər. Nəticədə 400 minə yaxın franszı əsgəri öldürüldü, 2 milyon əsgər və zabit isə əsir alındılar. Almaniya tərəfi isə cəmi 20 min əsgər itirdi. Sovetlərin səyi, xüsusi ilə də Azərbaycanın nefti, canlı qüvvə baxımından yardımı nəticəsində 1945-ci ildə Üçüncü Reyx dağıdıldı, Almaniya məğlubiyyətə uğradıldı. İkinci Dünya müharibəsi Almaniyaya baha başa gəldi. 15 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Belə bir ağır, məşəqqətli dövr yaşamış Almaniyada Üçüncü Reyxin yenidən bərpa edilməsinə cəhd edilməsi o torpaqlarda yaşayan insanların öz ölkələrinə və talelərinə biganə qaldıqlarını göstərir. Bu biganəlik isə onlara çox baha başa gələcəyini isə anlamırlar. Başa düşdükləri zaman isə artıq gecə olacağı şübhəsizdir. Nəzərə almaq lazımdır ki, məhz biganəlik və soyuqqanlı olmaları səbəbindən iyirminci əsrdə onların baş bilənlərinin ağılsızlığı və vara-dövlətə, işğallara daha çox aludə olmaları səbəbindən iki dəfə dünya müharibəsini törətmişlər. Nəticədə dünyada 100 milyona yaxın insan yarımçıq talelər yaşamış, on milyonlarla insan sağlamlığından məhrum edilmiş, minlərlə şəhər, kənd və qəsəbələr yer üzündən silinmişdir. Hesab edirəm ki, bu müharibələrin baş verməsində elə Alman xalqı da bu və digər formada günahkardılar. Yeni bir günah sahibi və yeni bir faciələrin yaşamaması üçün Alman xalqı qətiyyətli olmalı, prinsipiallıq göstərməli və ölkədə nasistlərin, “Reyxsbürgerlər”in, Üçüncü Reyxin fəaliyyətini bərpa etmək istəyənlərin kötüyünü kəsmək, fəaliyyətlərinə son qoymaq və demokratik, azad bir Almaniya dövləti qurmaq üçün hərəkətə keçməlidirlər.

İLHAM ƏLİYEV

Digər xəbərlər